IV sinif şagirdləri ilə BSQ öncəsi rahatlama məşqləri keçirildi

IV sinif şagirdləri ilə BSQ öncəsi rahatlama məşqləri keçirildi
Böyük Summativ Qiymətləndirmə (BSQ) öncəsi IV sinif şagirdləri ilə onların imtahan öncəsi həyəcanını azaltmaq və diqqətlərini toplamaq məqsədilə rahatlama məşqləri keçirildi.
Məşqlər zamanı nəfəs texnikalarından və gərmə hərəkətlərindən istifadə edildi. Şagirdlərə doğru nəfəs alma üsulları izah edildi və tətbiq etdirildi ki, bu da onların həyəcanını azaldaraq psixoloji rahatlıq qazanmalarına kömək etdi. Gərmə texnikası isə bədənin gərginliyini aradan qaldıraraq şagirdlərin daha sərbəst və rahat hiss etməsinə şərait yaratdı.
Bu cür məşqlər qiymətləndirmə prosesinin daha pozitiv və məhsuldar keçməsinə töhfə verir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi