Məktəbdə Böyük Summativ Qiymətləndirmələr davam edir

Məktəbdə Böyük Summativ Qiymətləndirmələr davam edir
Təhsil prosesində şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi məqsədilə məktəbimizdə Böyük Summativ Qiymətləndirmə1 (BSQ1) təşkil olundu. Qiymətləndirmə 9 və 11-ci siniflərdə kağız üzərində, 4 və 5-ci siniflərdə isə rəqəmsal formatda keçirildi.
Müxtəlif siniflər üçün təşkil olunan BSQ, şagirdlərin bilik və bacarıqlarını ölçməklə yanaşı, onların inkişaf dinamikasını təhlil etməyə imkan yaradır. Rəqəmsal BSQ müasir texnologiyaların tətbiqi ilə daha sürətli və şəffaf nəticələrin əldə edilməsinə şərait yaratdı.