Riyaziyyat aylığı çərçivəsində 6-cı sinifdə maraqlı riyaziyyat dərsi

Riyaziyyat aylığı çərçivəsində 6-cı sinifdə maraqlı riyaziyyat dərsi
Riyaziyyat aylığı çərçivəsində Arzu Səfərova tərəfindən 6-cı sinifdə maraqlı və dinamik riyazi viktorina təşkil olundu. Dərs zamanı şagirdlər həm öyrəndikləri bilikləri tətbiq etmə, həm də öz məntiqi düşüncə və sürətli qərarvermə bacarıqlarını sınama fürsəti əldə etdilər.
Belə dərslər riyaziyyat fənninə olan marağı artırır və şagirdlərin öyrənmə prosesini daha əyləncəli və məhsuldar edir.
#RiyaziyyatAylığı #Viktorina #ElmVəTəhsil