İnformatika aylığı çərçivəsində “Slaydları tərtib etməyi öyrənirik” mövzusunda Alqoritmika dərsi keçirildi

İnformatika aylığı çərçivəsində “Slaydları tərtib etməyi öyrənirik” mövzusunda Alqoritmika dərsi keçirildi
Müəllim: Səlimbəyli Afayət 4a sinfi
Dərsin məqsədi şagirdlərə təqdimat hazırlamaq üçün zəruri olan bacarıqları öyrətmək və onların texnoloji savadlılığını artırmaq idi.
Dərs zamanı şagirdlərə təqdimat proqramlarında əsas funksiyalardan istifadə qaydaları izah olundu. Şagirdlər öz mövzularını vizual şəkildə təqdim etməyi öyrənərək, məzmunu daha cəlbedici və anlaşılan formada təqdim etmə bacarıqlarını inkişaf etdirdilər.
Maraqlı müzakirələr və praktiki fəaliyyətlərlə zəngin olan bu dərs şagirdlərdə böyük maraq oyatdı. Onlar öz yaradıcılıqlarını və öyrəndikləri bilikləri tətbiq edərək slaydlar hazırladılar.
#Alqoritmika #TexnolojiTəhsil #YaradıcılıqVəİnkişaf