20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olundu

20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olundu
Məktəbimizdə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimiz hörmət və ehtiramla yad edildi.
Tədbir zamanı şagirdlər ürəkləri titrədən şeirlər səsləndirdilər. Onların ifasında səslənən şeirlər vətənpərvərlik ruhunu bir daha canlandıraraq həmin günün acı xatirələrini tədbir iştirakçılarının yaddaşında yenidən yaşatdı.
20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir. Şəhidlərimizin qanı ilə yazılmış bu tarix bizə azadlığın və müstəqilliyin nə qədər dəyərli olduğunu bir daha xatırladır. Biz həmişə onların xatirəsini əziz tutacaq və gələcək nəsillərə bu qəhrəmanlıq ruhunu ötürməyə davam edəcəyik.
#20Yanvar #ŞəhidlərimiziUnutmayaq #QəhrəmanlıqSalnaməsi