4b sinfində “Plakatda işarələrdən istifadə” mövzusunda dərs

4b sinfində “Plakatda işarələrdən istifadə” mövzusunda dərs
Müəllim: Şəfa Mirzəyeva
4b sinfində keçirilən dərs şagirdlər üçün maraqlı və yaradıcı bir mühitdə təşkil olundu. Dərsin məqsədi şagirdlərə qrafik informasiyanı yazıda rabitəli cümlələr şəklində ifadə etməyi öyrətmək idi. Müəllim əvvəlcə onlara qrafik məlumatların yazıya çevrilməsi yollarını izah etdi və nümunələr təqdim etdi. Daha sonra şagirdlərə müxtəlif mövzular üzrə plakatlar hazırlamaq tapşırıldı.
Şagirdlər plakatlarında mövzuya uyğun işarə, simvol və illüstrasiyalardan istifadə edərək fikirlərini yaradıcı şəkildə ifadə etdilər. Hazırladıqları plakatları təqdim edərkən, rabitəli cümlələr quraraq mövzunu izah etdilər. Bu dərs şagirdlərin həm nitq bacarıqlarını, həm də yaradıcı düşünmə qabiliyyətlərini inkişaf etdirmək baxımından xüsusi əhəmiyyət daşıyırdı.