10.01.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbdə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barədə görüş keçirmişdir.

10.01.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbdə DİN Polis Akademiyasının “Cinayət hüququ” kafedrasının müəllimi, polis baş leytenantı İmamverdi Rəhimov, Nərimanov rayonu 18-ci Polis Şöbəsinin YYÇİÜ inspektoru, polis baş leytenantı Amur Məmmədli IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barədə görüş keçirmişdir. Görüşdə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları, orada yaradılmış maddi-texniki və sosial baza haqqında geniş məlumatlar verilmişdir. Görüş zamanı şagirdlər Polis Akademiyasına qəbul prosesi ilə bağlı onları maraqlandıran sualları ünvanlamaq imkanı əldə etmiş, şagirdlərin suallarına ətraflı və peşəkar cavablar verilmiş, həmçinin gənclərə gələcəkdə dövlətinə, vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyyələr də edilmişdir.