Vahid məktəbli geyimi: valideynlərin nəzərinə

Vahid məktəbli geyimi: valideynlərin nəzərinə

Hörmətli valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər Agentliyin və yerli bölmələrinin çağrı mərkəzi, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər.

Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər.

Vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədi ilə vətəndaşlar aşağıda qeyd edilən, eləcə də ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər.

Valideynlər aşağıda qeyd edilən keçid vasitəsilə məktəbli formalarının satış məntəqələri barədə məlumat əldə edə bilərlər 

https://shorturl.at/6ptf0

Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir.

Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən 4 nümunə geyim forması tekstil şirkətləri tərəfindən hazırlanır və satışı onlar tərəfindən təmin edilir.

Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq 4 nümunədə geyim formasından birini seçib və bununla bağlı müvafiq qərar qəbul edib.

Valideynlər öz istəklərinə uyğun olaraq məktəbli geyimini sifarişlə tikdirə də bilərlər.

Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən seçilən müvafiq geyim forması ən azı 3 tədris ili dəyişilməz qalacaq.

Eyni görünüşə malik məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir.

Vahid geyim forması şagirdlərə məsuliyyət hissi aşılayır və məktəbin özünəməxsus təhsil mühitinin formalaşmasında mühüm amillərdəndir.

Hörmətli valideynlər,

Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbdə aşağıda paylaşılmış vahid məktəbli formaları tətbiq ediləcəkdir.

 l-Vlll siniflərdə 3 nömrəli əlavə

 lX-Xl siniflərdə 2 nömrəli əlavə

#MÜTDA #EduAz #MəktəbliForması

#vahidməktəbliforması

#tədrisili2024_2025

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi