Yay tətili günlərində şagirdlərimizin istirahəti, asudə vaxtlarının səmərəli təşkili

Yay tətili günlərində şagirdlərimizin istirahəti, asudə vaxtlarının səmərəli təşkili

 

Rüfət "Farhouse Neon ART Museum" də

 

 Neon sənətinin nümayəndəsi, nəqqaş-rəssam Fərid Ələkbərov "Farhause" neon ev muzeyi açıb.

Novxanı qəsəbəsində yerləşən unikal neon ev muzeyi "Farhouse" iki mərtəbədən ibarətdir. Ev sahibi və bütün bunların yaradıcısı da orada yaşayır. Əlavə olaraq su səviyyəsindən bir qədər aşağıda yerləşən industrial stildə olan bir ərazi də var ki, ora kiçik sərgi zalı funksiyasını yerinə yetirir. Burada F.Ələkbərovun öz işlərindən başqa onun dostlarının və həmkarlarının işləri nümayiş olunur. Elə bu da "Farhouse"un spesifik xüsusiyyətlərindəndir - o, özlüyündə bir növ art-holdinqi birləşdirir. Təsviri sənətin müxtəlif növləri - heykəltəraşlıqdan tutmuş metal üzərində nəqqaşlığa, rəssamlıqdan vitrajlara qədər, bir sıra müəlliflərin işləri həmin neon naxışlarla birləşib.

F.Ələkbərovun istifadə elədiyi neon boyalar adi gün və ya elektrik işığında zəif görünür, ya da ümumiyyətlə görünmür. Amma qaranlıq yaradıb, xüsusi ultra-bənövşəyi işıq yandırmaq kifayətdir ki, insan paralel - mistik və hədsiz gözəl reallığa qərq olsun.

Qeyd edək ki, neon sənəti neon boyasının ultrabənövşəyi işıq altında əks olunma effektinə əsaslanan boya sənətidir. İşıq illüziyası və 3D effektinin köməyi ilə neon boyası ilə çəkilən şəkillər canlandırılır.

 

#UşaqlarınYayTətili #MəktəblilərinAsudəVaxtı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi