Şagirdlərimiz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda ekskursiyada olmuşlar.

Şagirdlərimiz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda ekskursiyada olmuşlar.
Hal-hazırda ərazisi 22 hektar təşkil edən İçərişəhərdə təqribən 1300 ailə yaşayır. Burada yüzlərlə tarixi abidə yerləşir, onlardan 4-ü dünya, 28-i ölkə əhəmiyyətlidir. İçərişəhərdə bir neçə muzey, 20-yə yaxın hotel, yüzlərlə iaşə və ticarət obyektləri də fəaliyyət göstərir. 2005-ci il fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncama əsasən yaradılmışdır.
Qeyd edək ki, ekskursiya Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuşdur.