4-cülərin buraxılış tədbiri keçirildi

4-cülərin buraxılış tədbiri keçirildi

4A və 4B sinif şagirdlərinin "Nə birincilərik, nə də on birincilər, biz dördüncülərik" adlı buraxılış tədbirində məktəb rəhbərliyi, müəllimləri və valideynləri qarşısında olduqca maraqlı və rəngarəng çıxışları ilə bir daha özlərinin istedadlı, bacarıqlı olduqlarını nümayiş etdirdilər.

 Tədbirin 28 may- Müstəqillik Günü ərəfəsində keçirilməsi təsadüfi deyildir. Tədbirdə günün özəlliyi vurğulandı, şagirdlər vətənpərvərlik ruhunda mahnılar ifa etdilər.

 Bildirildi ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da xalqın istiqlal arzusu ölmədi. 1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra yeni tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz bərpa olundu. Hazırda müstəqil Azərbaycan demokratik bir dövlət olaraq sürətlə inkişaf edir.

 Tədbirin sonunda məktəbin ictimai işlərində fəal iştirak edən dördüncülərin valideynləri Təşəkkürnamə ilə təltif olundular.

 

 

 

 

 

 

 

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi