"Sağlam həyat tərzi seç, sağlam yaşa" adlı maarifləndirici görüş

"Sağlam həyat tərzi seç, sağlam yaşa" adlı maarifləndirici görüş
Mövzu ilə bağlı məktəbimizin fəxri qonağı həkim-narkoloq Asif Kəngərlidir. Asif Cəlil oğlu Kəngərli Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə fakültəsində təhsil almış, internaturada ona psixonevroloq ixtisası verilmişdir. 2003-cü ildə Respublika Narkoloji dispanserində işləmişdir. Hazırda Anonim Narkoloji Müalicə- Məsləhət Kabinetində psixiatr- narkoloq olaraq fəaliyyət göstərir.
Asif müəllim bədii yaradıcılığa 2002-ci ildən başlamışdır. İlk əsəri "Bəla" pyesidir. "Bəla" və "Zəhrimar" pyesləri teatrlarda nümayiş olunmuşdur. Onun "Bəla" adlı kitabı və eyni adlı film tamaşası tamaşaçıların ixtiyarına verilmişdir. Asif Kəngərli "Tütünçəkmə barədə hər şey", "Alkoqol- sağlamlığın və sağlam həyat tərzini düşməni", "Narkotik maddə-ailəvi qırğın "silahı"" adlı maarifləndirici kitabların müəllifidir. Eləcə də, "Kremlin memarı-Kərəmli" və "Bani" adlı tarixi, bədii-sənədli povestlərinin müəllifidir.
Asif müəllim Dünya Xalqları Yazıçılar Birliyinin üzvüdür.
Maraqlı və faydalı görüş üçün dəyərli ziyalımız Asif Kəngərliyə dərin minnətdarlığımızı bildiririk.
Görüşdə şagirdlərimiz mövzu ilə bağlı səhnəcik nümayiş etdirmişlər. Sonda şagirdlərə "Bəla" filmindən fraqment nünayiş olunmuşdur.
Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifədir. Sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər arasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə bir dövlət siyasətidir.