Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, şəhid Sahib Daşdəmirovun anım günü qeyd edildi.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, şəhid Sahib Daşdəmirovun anım günü qeyd edildi.
Sahib Natiq oğlu Daşdəmirov - 6 may 1995-ci ildə Bakı şəhəri, Nərimanov rayonunda anadan olmuşdur.
2001-2009-cu illərdə Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbdə təhsil almış, 2009-cu ildən təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib.
2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunun Veysəlli kəndində şəhid olmuşdur.
Sahib Daşdəmirov "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Bakı şəhərində, II Şəhidlər Xiyabanında dəfn edilmişdir.