TDM - Autizm maarifləndirmə ayı çərçivəsində Autizm spektr pozuntusu olan uşaqlara həsr edilmiş “Mavi Dünyam” adlı tədbir keçirilmişdir.

TDM - Autizm maarifləndirmə ayı çərçivəsində Autizm spektr pozuntusu olan uşaqlara həsr edilmiş “Mavi Dünyam” adlı tədbir keçirilmişdir.

Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri, Təlimə Dəstək Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Anar Mustafazadə ,

İnklüziv təhsil üzrə metodist Esmira Kazımovanın birgə təşkilatçılığı ilə 202, 246 və 39 nömrəli orta məktəblərin yuxarı sinif şagirdlərinin maarifləndirilməsindən ibarət olmuşdur.

Tədbirdə inklüziv təhsil şöbəsinin metodisti Esmira Kazımova və məktəbimizin korreksiyaedici pedaqoqu Cəlilova Günay autizm spektr pozuntusu haqqında şagirdlərə ətraflı məlumat verdi.

Şagirdlər arasında əməkdaşlığın vacib olduğunu aşılamaq və əlilliyi olan uşaqlara qarşı daha diqqətli olmaq , empatiya hissini artırmaq üçün məktəbizin psixoloqu Nəcəfova Türkan tərəfindən şagirdlərdə fərqindəlik yaradılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi