18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində şagirdlər "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyində ekskursiyada oldular. Muzeydə şagirdlər eksponatlar ilə tanış oldular. Ekskursiya zamanı onlarda xalqımızın qədimliyi və unikallığı ilə seçilən maddi mədəni irs nümunələri haqqında dolğun təəssürat yarandı.
Saray kompleksinin UNESKO-nun Dünya Mədəni irs siyahısına daxil edilməsi haqqında məlumat alan şagirdlər Bakının inciləri sırasında olan bu tarixi tikilinin mədəni irsimizin təbliği baxımından vacibliyinin şahidi oldular.
Sinif rəhbəri: Kərimova İmarət 7A sinfi