“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilmişdir.

“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilmişdir.

5 aprel 2024-cü il tarixində 193 nömrəli tam orta məktəbdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.

Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun keçirilib.

“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərməkdən ibarətdir.

#Gənclərİdman #birkimibirlikdə #nerimanovgencleri #AZENRGII #Azərbaycanİdmanı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi