PEDAQOJİ ŞURA

PEDAQOJİ ŞURA

Bu gün məktəbin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi.

Pedaqoji Şura iclasında müəllimlər gündəlikdə duran məsələlər haqqında məlumatlandırıldılar. Əsasən, lX sinif buraxılış imtahanı nəticələrinin ehtimallar üzərində müzakirəsi, fənn aylığı çərçivəsində görülən işlər, fənn metodbirləşmə rəhbərlərinin gördüyü işlər, monitorinq nəticələrinin təhlili, müəllim-valideyn-məktəb əməkdaşlığı, kommunikasiyanın düzgün qurulması, cari məsələlər müzakirə olundu.

İclasda, I yarımilin yekunları da müzakirə edildi. Buraxılış siniflərdə nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən Böyük Summativ Qiymətləndirmənin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi.

Şagirdlərin Respublika Fənn Olimpiadalarının final turuna hazırlığı və digər məsələlərin müzakirəsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi