21 Mart -Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür

21 Mart -Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür

 Bu münasibətlə məktəbdə "Günəşin övladları" adlı tədbir keçirildi. Tədbirdə Təlimə Dəstək Mərkəzinin metodistləri də iştirak edirdi.

 Qeyd edək ki, Daun Sindromu və Fərqlilik gününün mart ayının 21-nin seçilməsi heç də təsadüfi deyil, bu, xromosomlardan birinin üçləşməsi nəticəsində yaranan Daun sindromunun rəmzi əlamətidir. Sindromdan əziyyət çəkənlərdə 21-ci xromosomun üç surəti mövcuddur. Həmin gün təqvimdə öz əksini üçüncü ayın 21-ci günü kimi tapıb.

 Bu gün əslində simvolik bir gündür, Daun sindromlu uşaqlara, insanlara hər gün xüsusi qayğı və sevgiylə yanaşmaq lazımdır. Unutmayaq ki, Daun Sindromu xəstəlik deyil, genetik bir fərqindəlikdir!

#ElmVəTəhsilNazirliyi #MÜTDA #BakıTəhsilİdarəsi #DaunSindromluİnsanlarGünü #GünəşinÖvladları

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi