İnfotur təşkil edilib

İnfotur təşkil edilib

Müdafiə Sənayesi Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə martın 6-da MSN-in müəssisələrindən birinə məktəbimizin yuxarı sinif şagirdləri üçün infotur təşkil edilib.

Vətənpərvər, azərbaycançılıq məfkurəsinə və milli mənəvi dəyərlərə sadiq, geniş dünyagörüşlü gəncliyin yetişdirilməsi, onların müdafiə sənayesi sahəsinə maraqlarının artırılması məqsədilə keçirilən tədbirdə MSN-in rəhbər şəxsləri, məsul əməkdaşları, müəllim və şagirdlər iştirak edib.

Tədbir iştirakçıları müəssisənin inzibati ərazisində ucaldılmış müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar.

Ardınca onlara MSN-in müəssisələrində istehsal edilən müxtəlif atıcı silah və sursat, eləcə də müasir texnoloji məmulat nümunələrindən ibarət sərgi salonunda Azərbaycan silahı haqqında ətraflı məlumatlar verilib.

MSN-in mütəxəssisləri ilə görüşdə şagirdlərə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müdafiə sənayesinin inkişafı, Vətən müharibəsində Azərbaycan silahının düşmənə öz gücünü və qüdrətini əməli döyüş şəraitində göstərməsi haqqında danışılıb, şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Müəllimlər və şagirdlər tədbirin əhəmiyətini yüksək qiymətləndirib, belə infoturların davamlı olmasını arzuladıqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi