Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinim Təhsilin keyfiyyətinə nəzarət sektoru tərəfindən tərəfindən 8, 9-cu sinif şagirdlərinin buraxılış imtahan fənləri üzrə monitorinqi keçirildi.

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinim Təhsilin keyfiyyətinə nəzarət sektoru tərəfindən tərəfindən 8, 9-cu sinif şagirdlərinin buraxılış imtahan fənləri üzrə monitorinqi keçirildi. Monitorinqdə şagirdlərə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə sualları cavablandırıblar. Tapşırıqlar iki variantda hazırlanmışlar. Tapşırıqların icrası üçün şagirdlərə 150 dəqiqə vaxt verilmişdir.
"Valideyn-müəllim-şagird üçbucağı" layihəsi çərçivəsində bu gün valideynlərimiz monitorinqdə nəzarətçi olaraq təyin olunmuşdular.
Monitorinq məktəbdə təhsilin keyfiyyətinin müəyyənləşdirilməsi üçün vacib sayılan amillərdən biridir.
Monitorinqin keçirilməsində əsas məqsəd buraxılış imtahanı fənləri üzrə təqdim olunmuş məzmun çərçivəsində şagirdlərin bilik və vacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir.
Bütün şagirdlərə uğurlar arzulayırıq
Monitorinqlərin təşkilində əməyi keçən hər kəsə təşəkkür edirik.