Bu gün "İngilis dili fənn aylığı”na həsr olunmuş tədbir keçirilmişdir.

Bu gün "İngilis dili fənn aylığı”na həsr olunmuş tədbir keçirilmişdir.
"Valideyn-müəllim-şagird" layihəsi çərçivəsində valideynlərin dəstək və təşkilatçılığı ilə baş tutan tədbirdə məktəbin rəhbər heyəti, müəllim və şagird kollektivi, valideynlər iştirak etmişlər.
Tədbirdə şagirdlər Azərbaycanımızı ingilis dilində vəsf etmiş, bu dildə sərbəst şəkildə dialoqlar qurmuşlar. Şagirdlərin bir-birindən maraqlı rəqs ifaları, şeirlər söyləməkləri və səhnəcik nümayişləri böyük maraqla qarşılanıb.
Sonda tədbirin təşkilinə görə ingilis dili müəllimi Fəridə Məhərrəmova "Təşəkkürnamə" ilə təltif olunmuşdur.