Pedaqoji Şura keçirildi

Pedaqoji Şura keçirildi
05.02.2024 tarixində təhlükəsizliyin təminatı, sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə və bir çox cari məsələlərin müzakirəsi ilə Pedaqoji Şura keçirilmişdir.
Pedaqoji şurada I yarımilin yekunlarına dair hesabat verilmiş, ikinci yarımilə hazırlıq və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində məruzə və çıxışlar olmuşdur.
İclasda gündəlikdə duran məsələlərlə yanaşı, valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili, müəllimlərin etik davranış qaydalarına riayət olunması vəziyyəti gündəlik məsələlərə salınmış və müzakirə olunmuşdur.
Pedaqoji şuranın qərarı ilə təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, məktəb psixoloqunun onlarla apardığı işin gücləndirilməsi, məktəbdə təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin (kənar şəxslərin məktəbə buraxılmaması), növbətçiliyin gücləndirilməsi, şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi, müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi, məktəbdə mütəmadi olaraq valideynlərlə işin artırılması, sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması, ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə, təlimata uyğun
addımların atılması və dərhal aidiyyəti qurumlara məlumatın verilməsi qərara alınmışdır.
İclasda sədr, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbin psixoloqu, məktəbin korreksiyaedici pedaqoqu məruzə ilə çıxış etmiş, gündəlikdə duran məsələlər barədə məlumat vermişlər.
Qeyd eək ki, iclasda valideyn icmasının nümayəndələri də iştirak etmişlər.
Sonda iki müəllim 2 fevral Gənclər Günü ilə əlaqədar məktəbin ictimai işlərində fəal iştiraklarına görə "Fəxri Fərman"la, yeddi müəllim isə müxtəlif səmərəli fəaliyyətlərinə görə "Təşəkkürnamə" ilə təltif olunmuşlar.