Bu gün ARTİ-nin əməkdaşı Gülnar Aşurovanın, yeni riyaziyyat dərsliklərinin müəllifi Günay Hüseynzadənin məktəbimizdə riyaziyyat və ibtidai sinif müəllimləri ilə görüşü təşkil olundu
Bu gün ARTİ-nin əməkdaşı Gülnar Aşurovanın, yeni riyaziyyat dərsliklərinin həmmüəllifi Günay Hüseynzadənin məktəbimizdə riyaziyyat və ibtidai sinif müəllimləri ilə görüşü təşkil olundu. Görüşdə yeni hazırlanan riyaziyyat dərsliklərinin məzmunundakı yeniliklər müzakirə olundu, dərsin tədrisi ilə bağlı tövsiyələr verildi, müəllimlərin fikirləri, irad və təklifləri dinlənildi, məktəbimizin pilot sinfində dərs deyən riyaziyyat müəllimləri öz təcrübələrini digər müəllimlərlə bölüşdülər.
Yanvar ayının məktəbimizdə riyaziyyat aylığı olduğunu nəzərə alaraq maraqlı, faydalı və məhsuldar görüş üçün dəyərli həmkarlarımıza təşəkkürümüzü bildirir, sizinlə əməkdaşlıqdan məmnunluğumuzu ifadə edirik.