Məktəbimizin məzunu şəhid baş leytenant Daşdəmirov Sahib Natiq oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə stendin açılışı oldu.

Məktəbimizin məzunu şəhid baş leytenant Daşdəmirov Sahib Natiq oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə şəkillərindən ibarət stendin açılışı oldu. Şəhidimiz qürur və fəxrlə anıldı. Açılışda şəhidin ailə üzvləri də iştirak etdilər.

Sonda şəhidin məzarı ziyarət olundu.

Qeyd edək ki, Daşdəmirov Sahib Natiq oğlu 1995-ci il mayın 6-da Bakı şəhəri, Nərimanov rayonunda anadan olub. Əslən Bolnisi rayonunun Saraçlı kəndindəndir. 2001-2008-ci illərdə Nərimanov rayonu 202 nömrəli məktəbdə təhsil alıb. 2009-cu ildən təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. Buranı bitirdikdən sonra 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-cı ildə təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.

2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunun Veysəlli kəndində şəhid olub.

 Bakı şəhərində, II Şəhidlər Xiyabanında dəfn edilib.

Xidmət etdiyi müddətdə "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

#şəhidməzunumuz #şəhidlərölməz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi