"Yaradıcı müəllim"

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzusunda təqdimat müsabiqəsinin qalibləri elan olunub.

Bu müsabiqədə Bakı şəhəri ümumi təhsil məktəblərinin fənn müəllimləri iştirak edib. Müsabiqədə məktəbimizi təmsil edən fizika müəllimi Elmira Mirzəyeva uğurla iştirak edərək "Təşəkkürnamə" yə layiq görülmüşdür. Müəllimimizi bu uğur münasibətilə təbrik edir, nailiyyətlərinin davamlı olmasını arzulayırıq.

Müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.

#BakıTəhsilİdarəsi

#YaradıcıMüəllim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi