Bu gün inklüziv siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin valideynləri məktəbdə tədris prosesi ilə tanış olurlar.

Bu gün inklüziv siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin valideynləri məktəbdə tədris prosesi ilə tanış olurlar.
 Tanışlıq prosesi zamanı valideynlər məktəb  ilə yaxından tanış oldular. Onlar məktəbin infrastrukturu, tədris resursları və məktəbdə həyata keçirilən layihələr barədə məlumatlandırıldılar. Eləcə də məktəbin pedaqoji heyəti və texniki işçiləri ilə ünsiyyət qurdular.
 Həmçinin valideynlərə məktəb rəhbərliyi tərəfindən inklüziv təhsillə bağlı ətraflı məlumat verildi, bu kateqoriyadan olan uşaqların valideynlərinin nəzərə almalı olduqları zəruri məsələlərə dair tövsiyələr deyildi, valideynləri maraqlandıran suallar cavablandırıldı. 
 Görüşün məqsədi  valideynlərin məktəb mühiti ilə yaxından tanışlığı və onlara təhsil müəssisəsinin fəaliyyəti, inklüziv tədrisin təfərrüatları barədə ətraflı məlumat verməkdən ibarətdir.
#inklüzivtəhsil
#məktəblətanışlıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi