Bu gün məktəbin 4-cü siniflərində monitorinq keçirildi
Bu gün məktəbin 4-cü siniflərində monitorinq keçirilmişdir. Monitorinq tədris dili,riyaziyyat, ingilis dili fənləri üzrə aparılmışdır.
Monitorinq məktəbdə təhsilin keyfiyyətinin müəyyənləşdirilməsi üçün vacibdir. Bu təlim prosesinin səmərəliliyini yüksəltməyə, şagirdlərin nəyi mənimsədiklərini, nələri öyrəndiklərini, hansı bacarıqlara malik olduqlarını müəyyənləşdirməyə obyektiv şərait yaradır.