Uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması məqsədilə ETN-in sosial media üzrə əməkdaşı Günel Kərimli ilə görüş
Uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması məqsədilə ETN-in sosial media üzrə əməkdaşı Günel Kərimli kiber təhlükələr, internetdə cinayətkarlar, zərərli proqramlar, fırıldaqçılıq, internet şəbəkəsində davranış və ünsiyyət mədəniyyəti, internetdən asılılıq və s. kimi mövzulara toxunaraq faydalı, interaktiv təlim keçdi. Maarifləndirici təlim üçün Günel xanıma təşəkkürümüzü bildiririk.