Bu gün Kəlbəcər Şəhəri Günüdür.

Bu gün Kəlbəcər Şəhəri Günüdür.
"7-dən 17-yə vətənpərvər" layihəsi çərçivəsində Kəlbəcər Şəhəri Günü qeyd olundu.
2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.