24 noyabr 2023-cü il tarixdə Nərimanov rayonu "Xətai prospekti 47" ünvanında Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının üzvləri ilə görüş keçirilmişdir.

24 noyabr 2023-cü il tarixdə Nərimanov rayonu "Xətai prospekti 47" ünvanında Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının üzvləri ilə görüş keçirilmişdir.

Görüşdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP Nərimanov rayonu "Xətai prospekti 47" ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri Gülüstan Vəliyeva və partiya fəalları iştirak etmişdir.

Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı dövrdə aparılan islahatlardan, partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələr haqda ətraflı bəhs edib və ötən dövr ərzində Partiyanın gördüyü işlər haqda geniş məlumat vermişdir.

Həmçinin, təşkilat sədri Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin apardığı uzaqgörən siyasətdən, 44 günlük Vətən Müharibəsində qazanılan şanlı tarixi zəfərimizdən danışaraq, müharibədən sonra aparılan məqsədyönlü siyasət, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə əlaqədar işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri barədə ətraflı danışıb. Qeyd olunub ki, bu ilin sentyabr ayında isə güclü ordumuz daha bir antiterror əməliyyatı keçirərək cəmi 24 saat ərzində torpaqlarımızda həyata keçirilən separatizmi məhv etdi və əzəli torpaqlarımızda Azərbaycan bayrağının dalğalanması təmin edildi.

Görüş partiya fəallarının fikirlərinin dinlənilməsi ilə davam etmişdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi