“Zərərli vərdişlərə yox deyək” mövzusunda görüş keçirilmişdir

Bu gün IX sinif şagirdləri ilə
“Zərərli vərdişlərə yox deyək” mövzusunda görüş keçirilmişdir.
Görüşün təşkil edilməsində məqsəd şagirdlərin zərərli vərdişlərdən uzaq olmaları və onlarda sağlam düşüncəli insanın özünümüdafiə mexanizmləri haqqında fərqindəlik yaratmaq, sağlam həyat tərzinə aid maarifləndirmə aparmaqdır. Görüş vasitəsilə şagirdlər zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu zərərlər, cəmiyyətdəki münasibətlərdə yaratdığı problemlərin fərqində oldular, zərərli vərdişlərə aludə olan insanın düşüncəsi ilə sağlam düşüncəyə malik insanı müqayisə etdilər, özünümüdafiə mexanizmlərini, dost çevrələrində belə biri olarsa necə dəstək olmanı təhlil etdilər.