"Ailəm və məktəbim" layihəsi çərçivəsində 8️⃣-9️⃣- cu sinif valideynləriylə “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici söhbət keçirilmişdir

"Ailəm və məktəbim" layihəsi çərçivəsində 8️⃣-9️⃣- cu sinif valideynləriylə “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici söhbət keçirilmişdir. Maarifləndirici söhbət məktəbin psixoloqu, korreksion pedaqoqu və sinif rəhbərləri tərəfindən keçirilmişdir. 

8️⃣-ci sinif valideynləriylə cinsi yetişkənlik dövrünə qədəm qoymuş uşaqların  labüd problemləri barədə müzakirələr aparıldı. 
Müzakirələr : “Valideynlər və onların övladları yeniyetməlik dövrü böhranını necə qarşılamalıdırlar? Bu böhran zamanı münasibətləri, qarşılıqlı anlaşmanı və inamı necə qorumaq lazımdır? Yeniyetmələrlə reproduktiv sağlamlıq, əks cinslər arasında münasibətlər, sevgi, dostluq barədə necə danışmaq lazımdır? Cinsi zorakılıq, QİÇS və cinsi yolla yoluxan infeksiyaların qarşısını necə almaq olar? Zərərli vərdişlərə aludə olmaq təhlükəsindən şagirdləri necə qorumaq olar? Bir sözlə reproduktiv sağlamlığı necə qorumalı?” kimi mövzular əsasında təşkil olundu. 
9️⃣- cu sinif valideynləriylə “Uşaqlara qarşı zorakılıq və onun profilaktikası” mövzusunda söhbət aparıldı. Seminarın sonunda valideynlər yeniyetmələrdəki müxtəlif davranış pozğunluqlarını düzgün ünsiyyət və əməkdaşlıq qurmaq yolu ilə müsbət məcraya salmağın mümkünlüyü, fiziki və emosional zorakılığın  isə tərbiyə üsulu deyil, destkruktiv davranış olduğu qənaətinə gəldilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi