Bu gün məktəbdə “ Bullinq” mövzusunda maarifləndirici seminar keçirildi.

Bu gün məktəbdə “ Bullinq” mövzusunda maarifləndirici seminar keçirildi. Seminar məktəbin psixoloqu Türkan Nəcəfova, UBR-i Aygün İsmayılova tərəfindən keçirildi. Xüsusilə, yeniyetmələr arasında geniş yayılan bullinqin çox ciddi fiziki və psixoloji travmalara və faciələrə səbəb olduğunu qeyd etdilər, bundan yarana biləcək fəsadlar haqqında danışdılar. Sonda şagirdlərlə mövzuya dair müzakirələr aparıldı,bullinqə qarşı mübarizə yolları araşdırıldı.
Seminarın təşkil olunmasında məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır.