10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günüdür

10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günüdür

 Hər il oktyabrın 10-u dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Bu gün 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan ümumdünya və beynəlxalq günlər siyahısına daxil edilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 450 milyondan çox insan psixi xəstəlikdən əziyyət çəkir.

Ümumdünya Psixi Sağlamlıq Gününün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada əhalinin məlumatlılıq səviyyəsini yüksəltməkdir.

Bu məqsədlə psixi pozğunluğun profilaktikası üçün məktəbdə VI-IX sinif şagirdləri ilə “Stress və onun idarə olunması” adlı maarifləndirici söhbət aparılmışdır. Profilaktik söhbət məktəbin psixoloqu və UBR-i tərəfindən aparılmışdır. Məqsəd şagirdlərin psixi sağlamlığının qayğısına qalmaq, psixi sağlamlığa zərər olan zərərli vərdişlərdən uzaq qalmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi