Bilim Bakı" mərkəzinin dəvəti ilə şagirdlər təlimdə iştirak etdilər

Bilim Bakı" mərkəzinin dəvəti ilə 22.09.2023 tarixində məktəbimizin şagirdləri hər biri 6-8 ,9 -11 ,12-14 yaş qrupuna uyğun olaraq qruplaşdırılaraq təlimlərə qatıldılar. Təlimlər 6 fərqli laboratoriyalarda: Sahibkarlıq, Astronomiya, Kosmos və Aviasiya, Riyaziyyat, Dizayn, Təbiət elmləri və Texnologiya laboratoriyalarında keçirildi. Şagirdlərimiz dərslərə böyük maraq və həvəslə qoşuldular.
"Bilim Bakı" mərkəzi 6 - 14 yaşlı şagirdlərin elmə, innovasiyaya olan marağının formalaşdırılması, həmin şagirdlərin kiçik yaşlarından maraq dairəsinə uyğun olan sahələrin inkişaf etdirilməsinə dəstək göstərir.