I sinif şagirdlərinin intellektual səviyyəsini müəyyənləşdirmək məqsədilə "Kern- Yerasik" , “Qrafik imla” metodikasının tətbiqi

 I sinif şagirdlərinin intellektual səviyyəsini müəyyənləşdirmək məqsədilə "Kern- Yerasik" , “Qrafik imla” metodikasının tətbiqi ilə  məktəbin psixoloqu tərəfindən məktəb kamilliyinin oriyentasiyası testi keçirilib. Şagirdlərin yerinə yetirdikləri tapşırıqlarda öz düşüncələrinə uyğun olaraq insan şəklinin çəkilməsi, nöqtələrin və cümlənin düzgün köçürülməsi bacarıqları yoxlanılıb. Testin keçirilməsində məqsəd şagirdlərin intellektual inkişafı, dinləmə, anlama, görsəl yaddaş, kiçik motor bacarıqlarının, əl-göz koordinasiyasının, düşünmə bacarıqlarının öyrənilməsi, təlimdə geri qalan şagirdlərin aşkarlanıb dəstək olunmasından ibarətdir.
✨Həmçinin adaptasiya prosesini yaxşılaşdırmaq  üçün psixoloji özünütənzimləməyə yönələn, gərginliyi azaltmağa və sakitləşdirməyə xidmət edən məşğələlər təşkil olundu. Bunun üçün “Hava şarı”, “Nasos və top” , “Dartırma”, “Cücərti”, “Güzgü effekti” məşğələsi ilə adaptiv oyunlar keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi