25.06.2023-cü il Pedaqoji Şuranın növbəti iclası keçirildi

25.06.2023-cü il Pedaqoji Şuranın növbəti iclası keçirilmişdir.
İclasda 2022-2023-cü tədris ilinin II yarımilinin nəticələrinin və illik yekunun, Fəaliyyət planının həyata keçirilməsi vəziyyətinin müzakirəsi, BŞTİ və məktəb rəhbərliyi tərəfindən ayrı-ayrı fənlər üzrə aparılmış monitorinq yoxlamaların nəticələrinin müzakirəsi, məktəb üzrə psixoloji xidmətin təşkilinin vəziyyəti, məktəb invertarının qorunması monitorinqinin nəticələrinin müzakirəsi, I-VIII və X sinif şagirdlərinin sinifdən-sinfə keçirilməsi eləcə də, IX sinfi bitirmiş şagirdlərin buraxılış imtahanları, XI sinfi bitirmiş məzunların isə buraxılış və qəbul imtahanlarındakı nəticələrinin müzakirəsi, cari məsələlər, növbəti tədris ilinə hazırlıqlarla görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsi aparıldı.
Sonda məktəbin ictimai fəaliyyətində fəal iştirak edən müəllimlər Fəxri Fərmanla, məktəbin psixoloqu və Uşaq Birliyi Rəhbəri isə Təşəkkürnamə ilə təltif olunmuşlar.
Həmçinin Pedaqoji şura öncəsi məktəbin ictimai fəaliyyətində fəal iştirak etmiş valideynlər məktəbə dəvət olunaraq bütün pedaqoji heyətin iştirakı ilə Təşəkkürnamə ilə təltif olunmuşlar.