Son zəng- müstəqil həyatın ilk zəngidir!
Son zəng- müstəqil həyatın ilk zəngidir!
Bu gün məktəbimizdə “Son zəng” tədbiri keçirilib, məzunlar üçün “Son zəng” çalınıb
Tədbirdə qonaqlarımız iştifak etmiş, məzunlara ürək sözlərini çatdırmışlar.
Məzunlarımız arasında Vətən Müharibəsi Qəhrəmanı, şəhid Zaur Nudirəliyevin bizə yadigarı, oğlu Ömər Nudirəliyev də var. Biz fəxr edirik ki, belə bir atanın oğlu məhz bizim məktəbin məzunudur.
Bilik açarını isə məktəbimizi qırmızı attestatla bitirən Elnur Məmmədov 10-cu sinif şagirdi Rəsul Məmmədliyə ötürdü.
Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib. Eləcə də, 11-ləri təbrik etmək üçün tədbirdə 1 və 4-cü sinif şagirdlərimiz də maraqlı proqramla çıxış etdilər.
Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olundular.
#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird