Beynəlxalq Əmək Təşkilatı tərəfindən 12 iyun Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd edilir. Bununla əlaqəli məktəbin UBR-i və psixoloqu tərəfindən siniflərdə maarifləndirici söhbət aparılmışdır

Beynəlxalq Əmək Təşkilatı tərəfindən 12 iyun Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd edilir. Bununla əlaqəli məktəbin UBR-i və psixoloqu tərəfindən siniflərdə maarifləndirici söhbət aparılmışdır.
Uşaq əməyinin istismarı uşaqların təhsildən yayınması, onların fiziki və mənəvi inkişafına mənfi təsir edir. “Uşaq hüquqları”na uyğun olaraq hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır. Dövlətin sosial, hüquqi, iqtisadi, tibbi və tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün növlərindən, ağır, zərərli və təhlükəli əməkdən və təsirlərdən mühafizə etdiyi xüsusi olaraq vurğulanmışdır.
#UşaqƏməyinəQarşıMübarizə
#UşaqHüquqları
#psixoprofilaktikiş
#maarifləndirməişi