Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Cüdo hamı üçün" devizi altında kütləvi idman tədbiri keçirilib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Cüdo hamı üçün" devizi altında kütləvi idman tədbiri keçirilib.
İdman tədbirində iştirakçılara cüdo idman növü haqqında geniş məlumat verilmiş, məşqçinin rəhbərliyi ilə müxtəlif hərəkətlər yerinə yetirilmişdir.
Əyləncəli idman tədbirinin təşkilində məqsəd kütlə arasında cüdo idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.
İştirakçılar sonda sertifikatlar ilə təltif olunmuşlar.
#Gənclərİdman #Azərbaycanİdmanı #idmanhamıüçün