Biz Müstəqillik Gününü qalib xalq kimi qürurla qeyd edirik!

28 may -Müstəqillik Günü

Biz Müstəqillik Gününü qalib xalq kimi qürurla qeyd edirik!

Bu münasibətlə keçirilən tədbirdə bir sıra qonaqlar da iştirak etmişlər.

Birinci Qarabağ müharibəsi şəhidi Rəsulov Rauf Abbas oğlunun ( 1993-cü ildə Ağdərənin Canyataq Gülyataq bölgəsində gedən döyüşlərdə itkin düşüb, 2005-ci ildə şəhidlik statusu almışdır) anası, 44 günlük Vətən müharibəsi şəhidi, məktəbimizin şagirdi olmuş İbrahimov İsrafil Zülfüqar oğlunun ( 2017-ci ilin may ayında hərbi xidmətini bitirmiş, müddətdən artıq həqiqi hərbi xidmətdə 1 il 6 ay idi ki, qulluq edirdi. Müharibə başlayanda könüllü olaraq xüsusi təyinatlılarla 27 sentyabr tarixindən Cəbrayıl, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə iştirak etmiş, 26 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.) anası, Vətən müharibəsi qazisi Bağırov Şulan Azər oğlu ( Zəngilan və Cəbrayıl uğrunda döyüşlərdə iştirak etmiş, Zəngilanda Ağbəddə şəhid və yaralıları çıxaran zaman tank əleyhinə minaya düşmüşdür.) və Vətən müharibəsi qazisi, məktəbimizin məzunu (9-cu sinif) Allahyarov Ağayar Allahyar oğlu ( Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirmiş, Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olmuşdur. İki il ümumi qoşun, iki il Xüsusi Təyinatlı ixtisasına yiyələnərək 2001- ci ildə Heydər Əliyevin iştirakı ilə Xüsusi Təyinatlı zabit olaraq məzun olmuşdur. Bir sıra döyüş tapşırıqlarında uğurla iştirak etmiş, sonuncu olaraq Tərtər istiqamətində Əməliyyatı icra edərkən başından zədələnib ordudan tərxis olunmuşdur.)

Müəllim: Şəfa Mirzəyeva 2b sinfi

#MüstəqillikGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi