Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Mən gimnast olmaq istəyirəm” adlı tədbir keçirildi.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Gimnastika hamı üçün" layihəsi çərçivəsində “Mən gimnast olmaq istəyirəm” adlı tədbir keçirildi.
Əyləncəli idman tədbirinin təşkilində məqsəd kütlə arasında gimnastika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.
Sonda şagirdlərə sertifikatlar təqdim edildi.