"Ailəm və məktəbim" layihəsi çərçivəsində 23 may tarixində Azərbaycan Yazıçılar Birliyinin üzvləri ilə görüş keçirildi

"Ailəm və məktəbim" layihəsi çərçivəsində 23 may tarixində Azərbaycan Yazıçılar Birliyinin üzvləri ilə məktəb valideynlərinin və 11-ci sinif şagirdlərinin görüşü təşkil edilmişdir. Görüşdə Yazıçı Qadınlar Birliyinin sədri Nüşabə Məmmədli, Yazıçı Qadınlar Birliyinin sədr müavini Nafilə Həsənəliyeva, Qadın Sahibkarlar Assosiasiyasının idarə heyətinin üzvü Məhəbbət İbrahimova, şair, publisist Şövkət Hüseynova, şairə Əzizə Ağahüseynqızı iştirak etmiş, şagirdlərdə bədii ədəbiyyata marağının artırılması istiqamətində tövsiyələr vermiş, öz şeirlərini söyləmişlər. Bir sözlə dinləyicilərə əsl poeziya gecəsi yaşatmışlar. Sonda isə məktəb kitabxanasına və valideynlərə imzalı kitablarını hədiyyə etmişlər.

#ailəməktəb

#kitabasevgi

#gələcəyəümid

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi