Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş "Mənalı ömür yolu" adlı ədəbi-bədii gecə

Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş "Mənalı ömür yolu" adlı ədəbi-bədii gecə keçirildi. Tədbiri Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Hüseynova açaraq sözü 6b sinif şagirdlərinə verdi.

Tədbirin sonunda məktəbin direktoru Gülüstan Vəliyeva çıxış edərək Zərifə xanım Əliyevanın Azərbaycana iki prezident,iki lider,iki məğrur insan bəxş etdiyini və minlərlə insanın gözlərinə nur verən görkəmli oftalmoloq olduğunu bir daha vurğuladı.

Tədbirdə şagirdlərin dolğun, mənalı çıxışları böyük maraqla qarşılandı.

Bildirildi ki, Zərifə xanım Əliyeva haqqında söhbət açılanda yada ilk olaraq işıq düşür. Təkcə ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara…

#ZərifəƏliyeva100

#QürurlaAnırıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi