Məktəbin IX sinif şagirdləri ilə “Holland peşə seçimi” testi keçirildi.

Bu gün məktəbin IX sinif şagirdləri ilə “Holland peşə seçimi” testi keçirilmişdir. Test məktəbin psixoloqu Nəcəfova Türkan tərəfindən peşəyönümü marağının müəyyənləşdirilməsi üçün bir çox ölkələrdə istifadə olunan C.L.Holland tərəfindən hazırlanmış şəxsiyyət nəzəriyyəsi və Holland testindən istifadə edilmişdir.

C.L.Holland peşə seçimini şəxsiyyətin bir əksi kimi qeyd edərək, insanların 6 şəxsiyyət tipindən (Realist, İntellektual, Artistik, Sosial, Sahibkar və Konvensial) birinə mənsub olduğunu və bu mənsubiyyətin peşə seçimində uyğun peşələrdən birinin seçilməsində başlıca rol oynadığı qeyd edilmişdir. Bu testlə şagirdlərin hansı şəxsiyyət növünə aid olduğu təsvirlər əks olunmuşdur:

✅şəxsiyyət tipi

✅şəxsiyyətin psixoloji xarakteristikaları, xüsusiyyətləri, qabiliyyətlər

✅oriyentasiya, istiqamətlər, üstünlükləri, ✅peşəkar mühit

✅ Konkret peşələr

Nəticələr şagirdlərlə bərabər təhlil olunub, məlumat verildi.

#psixolojidəstək

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi