Heydər Əliyev İli” çərçivəsində 1 b sinif şagirdləri Heydər Əliyev mərkəzində ekskursiyada oldular

Heydər Əliyev İli” çərçivəsində 1 b sinif şagirdləri Heydər Əliyev mərkəzində, onun daxilində yerləşən Heydər Əliyev Muzeyində ekskursiyada olublar.
Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir.
Muzeydə təqdim olunan Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr də nümayiş etdirilən eksponatlar siyahısındadır.
#ümummillilider
#uluöndər