2 aprel "Autizm Günü"

Hər birimiz özünəməxsus xüsusiyyətlərlə seçilirik.Hərəmizin özünəməxsus qəribəlikləri var. Mən də səndən fərqliyəm, çünki dünyanı fərqli görürəm, fərqli hiss edirəm. Sənin eşitdiyin səsləri bəzən daha gur, bəzənsə yavaş eşidirəm. Bundan da əsəbləşib narahat oluram, amma heçkəsə təhlükə yaratmıram.

Bütün bünlara baxmayaraq çox istedadlı rəssamam, riyaziyyatçıyam, musiqiçiyəm......

Mən diqqətliyəm və çox gözəl yaddaşım var.

Mən qorxulu deyiləm, heç kəsə təhlükə yaratmıram, mən sadəcə səndən fərqliyəm.

2 aprel- Autizm Maarifləndirmə Günü ilə əlaqədar məktəbdə maarifləndirmə tədbirləri keçirilmişdir. Tədbirlər məktəbin psixoloqu Türkan Nəcəfova, korreksion pedaqoqu Günay Aslanova və məktəbin müəllimlərinin təşkilatçılığı ilə keçirilmişdir. Şagirdlərlə autizmli insanlara dəstək üzrə maarifləndirici söhbət aparılmış, "Autizm əksiklik deyil, fərqlilikdir" adlı təqdimatlar dinlənilmişdir.

#fərqliammabizdənbiri

#autizmmaarifləndirməgünü

#lightitupblue

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi