Məktəb rəhbərliyinin XI sinif şagirdləri ilə görüşü

Bu gün Alı Mustafayev adına 202 nömrəli  məktəbin akt zalında XI sinif şagirdləri ilə görüş keçirildi. Görüşdə məktəbin direktoru Gülüstan Vəliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Samilə Əliyeva, məktəbin psixoloqu Türkan Nəcəfova çıxış etdilər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərin imtahan zamanı əməl edəcəyi qaydalar, imtahanın həyatımızda gələcəyə doğru addım atmada bir vasitə olduğu, imtahan həyəcanını aradan qaldırmaq üçün üsullardan danışıldı. 
Şagirdlərə imtahan vərəqləri paylanaraq müstəqil həyata ilk atdıqları addımda uğurlar arzu edildi.
 Uğur sizinlə olsun əziz 11-cilər!

#uğurlugələcəksizinləbaşlar
#məktəb202

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi