1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür.

1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür. Bu münasibətlə Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbiri hərbi salamla açan məktəbin direktoru Gülüstan Vəliyeva uşaqları gün münasibəti ilə təbrik etdi. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin hərbi hazırlıq müəllimi  Əliyev Yaşar uşaqlara faydalı məlumatlar və tövsiyələr verdi. Fövqəladə hallar zamanı vətəndaşların hadisə yerindən təxliyə olunması, yaralı vətəndaşlara ilk tibbi yardım göstərilməsi barədə məlumat verildi. Tədbir şagirdlərin kiçik səhnəcikləri ilə davam etdi.
#mülkimüdafiə
#məktəb202

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi