XI sinif şagirdləri ilə imtahan həyəcanını aradan qaldırmaqla bağlı psixoloji görüş
Məktəbin psixoloqu Nəcəfova Türkan tərəfindən XI sinif şagirdləri ilə imtahan həyəcanını aradan qaldırmaqla bağlı psixoloji görüş keçirildi. Şagirdlər “İmtahan həyəcanı, onun idarə olunması” haqqında maarifləndirildilər. Həyəcanın korreksiyası üçün istifadə edə biləcəkləri “Nəfəs texnikaları” ,”Gərmə texnikası” kimi texnikalar öyrədildi, neqativ düşüncələri müsbət düşüncələrlə əvəz etmək üzərində işlənildi, zaman maşını vasitəsilə vizuallaşdırma ilə səyahətə çıxıldı. Şagirdlər “Həyat tortu” texnikası vasitəsilə həyatda ən çox dəyər verdiyi 5 məqamı əhəmiyyətlilik dərəcəsinə görə tort dilimləri şəklində göstərdilər. Gələcək haqqında gözəl fikirlər formalaşdırmaq məqsədilə “5 il sonra mən” adlı esse yazdılar.